Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların növbəti qəbulu keçirilmişdir.

30 noyabr 2016 | 16:00

    30 noyabr 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin  inzibati binasında  Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən vətəndaşların növbəti qəbulu keçirilmişdir. Qəbulla bağlı qeydiyyata alınmış 17 nəfər rayon sakininin   mənzil şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunma, ailə vəziyyəti ilə bağlı maddi köməklik olunması və digər məsələlərlə bağlı müraciətləri ətraflı dinlənilərək həlli mümkün məsələlərlə bağlı aidiyyəti üzrə yerindəcə  tapşırıq verilmiş icrası nəzarətə götürülmüşdür. Eyni zamanda müraciətlərdə həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı  isə vətəndaşlara lazımi hüquqi izahat və  istiqamət verilmişdir.  Qəbulda  rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları  iştirak etmişlər. Qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.

Keçidlər