Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların növbəti qəbulu keçirilmişdir.
23 noyabr 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli tərəfindən vətəndaşların növbəti qəbulu keçirilmişdir. Qəbulla bağlı qeydiyyata alınmış 30 nəfər rayon sakininin mənzil şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunma, ailə vəziyyəti ilə bağlı maddi köməklik olunması və digər məsələlərlə bağlı müraciətləri ətraflı dinlənilərək həlli mümkün məsələlərlə bağlı aidiyyəti üzrə yerindəcə tapşırıq verilmiş icrası nəzarətə götürülmüşdür. Eyni zamanda müraciətlərdə həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə baağlı isə vətəndaşlara lazımi hüquqi izahat və istiqamət verilmişdir. Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları iştirak etmişlər. Qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.