Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi.

22 noyabr 2016 | 16:00

      22 noyabr 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin və rayonun idarə-müəssisələrinin  fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilmişdir.
           Rayonun ədliyyə işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, həmçinin  ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli lider Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstünü ziyarət edərək, abidə önünə tər güllər düzmüşlər.
            Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli    Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı gününün bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunduğunu bildirərək, rayonun bütün ədliyyə və məhkəmə orqanları işçilərini Peşə bayramı günü münasibətilə təbik etmişdir. Eyni zamanda  bildirmişdir ki, yaranmasından 98 il ötən, tarixi yol keçmiş Azərbaycan ədliyyəsi Ulu Öndər Heydər Əliiyevin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf etmiş, Ədliyyə Nazirliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşmiş, yeni-yeni nailiyyətlərə imza atmışdır. Xüsusilə  ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə mühüm dəyişikliklərin edilməsi, işlərində  fərqlənmiş  ədliyyə işçilərinin mütəmadi olaraq dövlət təltiflərinə layiq görülməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının əyani təzahürüdür.
          Eyni zamanda  rayonun ədliyyə işçiləri Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi  uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq olduqlarını, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıq və məsuliyyətlə çalışacaqlarını bildirmişlər.

Keçidlər