Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.

17 noyabr 2016 | 16:00

17 noyabr 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbulu keçirilmişdir.
        Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli görüşdə çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə həyata keçirilən quruculuq və abadlıq işlərindən, həmçinin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş və görüləcək işlərdən danışaraq, ötən illərdə olduğu kimi, 2016-cı ilin ötən dövründə də ölkəmizdə xeyli işlər görüldüyünü tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.         
Qəbulda iştirak etmiş 65 nəfər rayon sakinindən, 8 nəfəri – mənzil və işlə təmin olunma, elektrik enerjisi təminatına, həmçinin həmin ərazidə müvəqqəti fəaliyyət göstərən rayonun Badamdar ümumi orta məktəbinin müasir istilik sistemi ilə təminatına köməklik məsələləri ilə  bağlı  müraciət edərək köməklik olunmasını xahiş etmiş, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, şəxsən Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Sakinlər tərəfindən edilmiş müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri iştirak etmişdir.

Keçidlər