Şriftin ölçüsü :

Saytın rəngi :

Taxtakörpü qəsəbəsində növbəti iməcilik təşkil olundu.

16 noyabr 2016 | 16:00

Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2016-cı il 12 noyabr tarixdə laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları, rayonun idarə müəssisə və təşkilatlarının fəaliyyət göstərdiyi Ağcabədi rayonu   Taxtakörpü ərazisində geniş iməcilik keçirilmişdir. Rayonun bütün idarə və müəssisələrin iştirakı ilə keçirilən iməciliyə qəsəbə sakinləridə qoşularaq ərazidəki avtomobil yollarının kənarı, küçə və həyətlərdə xeyli təmizlik işləri aparılmış, qəsəbədə elektrik hava naqillərinə maneçilik törədən ağacların budaqları budanmış, çınqıl örtüklü yolların ehtiyac duyulan hissələrində müvafiq texnikanın köməkliyi ilə hamarlanma işləri aparılmışdır. İməcilikdə 500 nəfərdən çox rayon sakini iştirak etmişdir. Aparılmış təmizlik işləri ərazilərə yeni görkəm verməklə, qəsəbə sakinləri tərəfindən razılıq və minnətdarlıq hissləri ilə qarşılanmışdır.

Keçidlər