Şriftin ölçüsü :

Saytın rəngi :

Keçmiş SSRİ Əmanət Bankı əmanətçisi olan rayon sakinlərinin nəzərinə!

07 iyun 2012 | 15:00

Bildiririk ki, “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq 01 yanvar 1992-ci il tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanət qalığı olan və əmanət hesabı Fərman qüvvəyə mindiyi tarixə qədər açıq olan Azərbaycan Respublikası vətəndaşlarından 01 iyun 2012-ci il tarixdən etibarən sənədlərin qəbulu başlanılmışdır. Fərmana əsasən, fərdi birdəfəlik ödəmə almaq hüququ olan hər bir vətəndaş 31 dekabr 2012-ci il tarixinə qədər müvafiq sənədlərlə Banka müraciət edə bilər. Əmanətlərin qaytarılması prosesi isə 31 dekabr 2013-cü il tarixinədək davam edəcəkdir.
Bununla əlaqədar respublikada hər bir rayon üzrə vətəndaşlarından sənədlərin qəbulu və ödəmələrin verilməsi prosesinin həyata keçiriləcəyi məntəqələr də müəyyənləşdirilmişdir. Hər bir əmanətçi fərdi birdəfəlik ödəmələrin alınması üçün özlərinə məxsus və ya vərəsəlik hüququ əsasında (Vəsait vərəsələrə ödəniləcəyi halda fərdi birdəfəlik ödəmənin alınması üçün ərizəyə vərəsələrin miras əmlaka hüquqları barədə sənəd və ya bu barədə müvafiq məhkəmə qərarı əlavə edilməlidir), həmçinin etibarnamələrə uyğun olaraq əmanət kitabçalarındakı kassa (şöbə və filialların) nömrəsinə müvafiq məntəqəni müəyyənləşdirdikdən sonra həmin məntəqəyə müraciət etməlidir. Laçın rayon sakinlərinin nəzərinə çatdırırıq ki, əmanət kitabçasında kassa nömrəsi 3452 olan sakinlər “Kapital Bank” ASC-nin hazırda Ağcabədi rayonu ərazisindəki Taxta körpü qəsəbəsində fəaliyyət göstərən 118 saylı məntəqəsinə müraciət etməlidirlər.
Eyni zamanda keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası bankının hüquqi varisi kimi ödəmələri həyata keçirəcək Kapital bankın digər filiallarının dislokasiyası barədə əmanətçilər Bankın www.kapitalbank.az saytından məlumat əldə edə bilərlər. Eyni zamanda əmanətçilər emanetler@kapitalbank.az ünvanı vasitəsilə elektron məktub ünvanlaya, “Kapital bank” ASC-də yaradılmış (012) 498-84-52 nömrəli Qaynar xəttə də müraciət edə bilərlər.

Qeyd: birdəfəlik ödəməni almaq üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq barədə müvəkkil banka ərizə ilə müraciət etməli və ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır.

  1.  əmanət (bank) kitabçası, kitabça itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə. əmanətçinin verdiyi məlumat əsasında bankda aparılmış tutuşdurma təsdiqini taparsa bu barədə Maliyyə Nazirliyində yaradılmış Xüsusi Komissiyanın çıxardığı yekun qərara müvafiq yazılmış sənəd;
  2.   Azərbaycan Respublikası vətəndaşının vəsiqəsi;
  3.   soyad və ad dəyişikliyi olduğu halda,. həmin dəyişikliyi təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
  4.   vəsait vərəsələrə ödəniləcəyi halda vərəsələrin miras əmlaka ( əmanətə) hüquqları barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti;

Birdəfəlik ödəmə əmanətçinin arzusu ilə nağd qaydada və ya onun digər bank hesabına köçürülməsi yolu ilə verilir.

"Kapital Bank" ASC-nin Laçın rayon filialı barədə məlumat aşağıdakı üzrədir :
Filialın müdiri : Əliqismət Həziyev
Hesab nömrəsi : 013701001944
Kod : 200929
VÖEN : 9900003611
SWİFT kodu : AİİBAZ2X
Telefon,fax : 0212778305, 0212778307
Ünvan: Ağcabədi rayonu, Taxta körpü qəs. H.Əliyev pr. 08

 

Keçidlər