Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısının məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Ağdam rayonunda keçirildi.

11 noyabr 2016 | 16:00

11 noyabr 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Ağdam rayonunda müvəqqəti məskunlaşmış Laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirildi. Ağdam rayonunun Əfətli kəndi ərazisində müvəqqəti fəaliyyət göstərən rayonun Əfətli ümumorta məktəbində keçirilən görüş-səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə həyata keçirilən geniş quruculuq və abadlıq işlərindən, həmçinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gələcəkdə görüləcək tədbirlərdən danışaraq, ötən illərdə olduğu kimi, 2016-cı ilin ötən dövründə də ölkəmizdə xeyli işlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Səyyar qəbulda iştirak edən 70 nəfərdən 9 nəfəri müraciətlə çıxış etdi. Edilmiş müraciətlərdə vətəndaşlar əsasən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, həmiçinin məskunlaşdıqları ərazidə onlara müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılmasına, ərazidə müvəqqəti fəaliyyət göstərən rayonun Əfətli ümumorta məktəbinin təmir olunmasına, işlə təmin olunmaya, ərazidəki elektrik xəttinin təmir olunmasına köməklik göstərilməsini xahiş etdilər. Müraciətlər diqqətlə dinlənildi, baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək icrasi nəzarətə götürüldü.
           Keçirililən  görüş-səyyar qəbulda sakinlər rayon rəhbərliyi tərəfindən vaxtaşırı onlarla əlaqə saxlanıldığını, onların üzləşdikləri müxtəlif məslələrin həllinə həssaslıqla yanaşılaraq köməklik olunduğunu, xüsusi  ilə məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, şəxsən ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdar olduqlarını, tezliklə işğaldan azad ediləcək ata-baba yurdlarına qayıdacaqlarına əmin olduqlarını bildirdilər. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.

Keçidlər