Şriftin ölçüsü :

Saytın rəngi :

Baramaçılığın yaradılması və inkişafı üçün hazırlıq tədbirləri həyata keçirilir.

04 noyabr 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal müəssisələrinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində də zəruri işlər görülür.
Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin tapşırığı ilə Taxtakörpü qəsəbəsi ərazisində 10 ha sahə tam yararlı vəziyyətə gətirilmişdir. Baramaçılığın inkişafı və ipəkqurdu üçün yem bazasının yaradılması nəzərdə tutulmuş bu sahədə 10 ha  yeni tut (çəkil) bağları salınacaqdır.
Qəsəbə sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   dəstəyi və rəhbərliyi ilə  ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, baramaçılığın istehsalına əhalinin marağının artırılması və əkin sahələrinin genişləndirilməsi nəticəsində bütün respublikada olduğu kimi, Taxtakörpü ərazisində də insanlarımızın  sosial rifah halının daha da yaxşılaşacağına, əlavə iş yerlərinin yaranacağına əmindirlər.

Keçidlər