Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayon 34 nömrəli tam orta məktəbdə “Uşaq hüquqlarını qoruyaq” mövzusunda tədbir keçirilmişdir.

04 noyabr 2016 | 16:00

4 noyabr 2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində fəaliyyət göstərən, Laçın rayon 34 №-li tam orta məktəbində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 27-ci il dönümü ilə əlaqədar, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsmanının təşəbbüsü ilə Respublikamızda keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarını qoruyaq” mövzusunda tədbir keçirilmişdir.
Məktəb müəllimlərinin və şagirdlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının "Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya"nın məsul katibi İdris Quliyev bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasının qanunvericiliklə tənzimləndiyini, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, səhiyyə hüquqlarının daha da təkmilləşdirilməsi ilə konkret tədbirlərin və dövlət proqramlarının gerçəkləşdirildiyini qeyd etmişdir. Bildirilmişdir ki, artıq ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şərait mövcuddur. Eyni zamanda bildirilmişdir ki, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin başlıca məqsədi uşaqların tairixmizə, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan vətənpərvər layiqli vətəndaş kimi yetişdirilməsidir. Həmçinin bildirilmişdir ki, bu sahədə Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə uşaqların hüquqlarının hərtərəfli qorunmasına xüsusi diqqət və qayğı göstərilir.
Tədbirdə digər çıxış edənlər bildirmişlər ki, Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunları məhz Ümummilli lider Heydər Əliyevin uşaqlara olan qayğısının təcəssümüdür. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq olunması haqqında” 2012-ci il 8 may tarixli Fərmanı da uşaqların hüquqlarının etibarlı şəkildə qorunmasına əlverişli şərait yaratmışdır.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər