Laçın Rayon İcra Hakimiyyəti başçısının məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Ağdaş rayonunda keçirildi.
03 noyabr 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Ağdaş rayonunda müvəqqəti məskunlaşmış Laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə həyata keçirilən geniş quruculuq və abadlıq işlərindən, həmçinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gələcəkdə görüləcək tədbirlərdən danışaraq, ötən illərdə olduğu kimi, 2016-cı ilin ötən dövrünündə də ölkəmizdə xeyli işlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Səyyar qəbulda iştirak edən 45 nəfərdən 7 nəfəri müraciətlə çıxış etdi. Edilmiş müraciətlərdə vətəndaşlar əsasən mənzil-məişət şəraitlərinin yaxşılaşdılmasına həmiçinin məskunlaşdıqları ərazidə onlara müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılmasına və müvəqqəti qeydiyyata alınma ilə bağlı köməklik göstərilməsini xahiş etdilər. Müraciətlər diqqətlə dinlənildi, baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək icrasi nəzarətə götürüldü.
Keçirililən görüş-səyyar qəbulda sakinlər rayon rəhbərliyi tərəfindən vaxtaşırı onlarla əlaqə saxlanıldığını, onların üzləşdikləri müxtəlif məslələrin həllinə həssaslıqla yanaşılaraq köməklik olunduğunu, xüsusi ilə məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, şəxsən ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdar olduqlarını, tezliklə işğaldan azad ediləcək ata-baba yurdlarına qayıdacaqlarına əmin olduqlarını bildirdilər. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.