Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonu üzrə 2016-cı ilin 9 ayında görülmüş işlərə və qarşıda duran vəzifələrə dair Şuranın geniş iclası keçirilmişdir.

18 oktyabr 2016 | 16:00

18 oktyabr   2016-cı il tarixdə  Laçın Rayon İcra Hakimiyyətində  rayon ictimaiyyəti  nümayəndələrinin  iştirakı ilə  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının  sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn  vəzifələrlə əlaqədar Laçın rayonunda  görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. Əvvəlcə rayon ictimaiyyəti nümayəndələri  tərəfindən Rayon İcra Hakimiyyətinin  inzibati binası  qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstü ziyarət edilmiş və büstün önünə gül dəstələri qoyulmuşdur.   
İclası giriş  sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli gündəlikdə duran məsələ ilə bağlı məlumat vermişdir.  Laçın rayonunda  cari  ilin  9 ayında görülən işlər və qarşıda duran vəzifələr haqqında hazırlanmış məruzədə  Möhtərəm ölkə Prezidentinin  rəhbərliyi  altında respublikada və  rayonda  görülmüş  işlər, əldə olunmuş nailiyyətlər ətraflı təhlil edilmişdir.
Həmçinin məruzədə bildirilmişdir ki, Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılmış, 2016-cı ilin doqquz ayında laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 59 səyyar qəbul keçirilmiş,  5287 nəfərin iştirak etdiyi bu qəbullarda  509  nəfər, Rayon İcra Hakimiyyəti başçısı aparatında isə 3004 nəfər rayon sakininin müraciəti dinlənilmişdir. Səyyar qəbullarda qaldırılan məsələlərin 72 faizi müsbət həll olunmuş, digər müraciətlərin icrası nəzarətinə götürülmüş, həlli mümkün olan məsələlərin həyata keçirilməsi üçün aidiyyəti  rayon təşkilatlarına göstərişlər verilmişdir. Həmçinin bildirilmişdir ki, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 10 və 04 kV-luq elektrik hava xətlərinin 50 kilometr hissəsində cari təmir işləri aparılmış, Şeylanlı, Qoşasu, Alxaslı, Əhmədli, Vağazin, Fingə, Qarakeçdi və Mişni  obalarında elektrik verilişi xətlərində yararsız halda olan 146 ədəd elektrik dirəyi və 22 min metr uzunluğunda elektrik naqili yenisi ilə əvəz edilmişdir. Vağazin, Şeylanlı, Mişni, Hacılar, Fərraş, Qoşasu, Sadınlar, Ağbulaq obalarında yeni transformatorlar quraşdırılmış, digər obalarda müxtəlif gücə malik 9 transformator əsaslı təmir edilmişdir. Mişni, Alxaslı, Şeylanlı, Qarakeçdi, Hacılar, Sadınlar, Fingə, Kamallı obalarında, 552 və 21 ailəlik qəsəbələrdə olan içməli su şəbəkələrində yararsız hala düşmüş su xətlərinin 865 metr hissəsi yenisi ilə, Kür-Mayıs su xəttinin 2000 metr hissəsi polietilen boru ilə əvəz edilmişdir. Qarıqışlaq kənd tam orta məktəbinin həyətinə plastik boru ilə içməli su xətti çəkilmiş, obalararası yollarda təmir işləri aparılmışdır.
Şura iclasında Rayon Təhsil Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının, Rayon Məşğulluq İdarəsinin rəhbərləri, Laçın Rayon İcra Hakimiyyəti başçısının  Vağazin kənd inzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi və Prezident Administrasiyasının məsul işçisi Ağəli Əhmədov da çıxış etmişdir. Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı mövcud problem və çatışmazlıqlar da qeyd olunmuş, qarşıda duran vəzifələrdən danışılmışdır.
İclasda müzakirə olunan məsələlərlə  bağlı müvafiq qərar qəbul olunmuşdur.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Ağəli Əhmədov da iştirak etmişdir.

Keçidlər