Laçın Rayon İcra Hakimiyyətinin başçısının məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Bakı şəhərinin Pirallahı rayonunda keçirildi.
14 oktyabr 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbdə həmin rayonun ərazisində müvəqqəti məskunlaşan Laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli əvvəlcə 2016-cı il 26 sentyabr tarixdə keçirilən referendumda laçınlıların xüsusi fəallıq göstərdiklərini qeyd etdi, onlara respublikamızın gələcək inkişafı üçün referendumda qaldırılan məsələlərdə ölkə Prezidenti cənab İlham Əliyevə, eləcə də dövlətimizə dəstək olduqlarına görə təşəkkür etdi. Aqil Nəzərli çıxışında respublikamızda, eləcə də məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə həyata keçirilən geniş quruculuq və abadlıq işlərindən, həmçinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gələcəkdə görüləcək tədbirlərdən, ölkə başçısının məcburi köçkünlərə olan diqqət və qayğısından danışdı, bu qayğının əsasının hələ Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdən başladığını, bu gün də İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini bildirdi.
Görüşdə çıxış edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, şəxsən Prezident cənab İlham Əliyevə
öz minnətdarlıqlarını bildirdilər.
87 nəfərin iştirak etdiyi səyyar qəbulda 12 nəfərin müraciəti dinlənilərək, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etdilər.