“Sülh aylığı” ilə bağlı tədbir keçirilmişdir.
9 sentyabr 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin və inzibati idarə-müəssisələrinin müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində - Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının inzibati binasında “Sülh aylığı” ilə bağlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə tədbiri açıq elan edirək, bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.10-cu bəndində “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin həyata kecirilməsi“ təsbit olunmuşdur ki, bu məqsədlə də respublikamızda hər il 21 sentyabr “Beynəlxalq Sülh Günü” ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq respublikamızda 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və bir çox kütləvi tədbirlər təşkil olunur.
Tədbirdə “Azərbaycan dövləti daima sülhün təminatçısıdır” mövzusunda məruzə dinlənilmişdir.
Məruzə ətrafında çıxış edənlər ən ali insan hüququnun yaşamaq hüququ olduğunu bildirərək, Ermənistan-Azərbaycan münaqişəsi zamanı 20 min nəfərədək dinc sakinin ermənilər tərəfindən amansızlıqla yaşamaq hüququndan məhrum edildiyini bəşər tarixinin ən qanlı cinayəti adlandırmışlar. Eyni zamanda bildirilmişdir ki, dövlətimiz apardığı sülhməramlı siyasəti ilə bütün dünya ölkələrinə bir nümunədir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə də iştirak etmişdir.