Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunun təhsil işçilərinin növbəti konfransı keçirilmişdir.

07 sentyabr 2016 | 16:00

7 sentyabr 2016-cı il tarixdə Laçın Rayon Təhsil işçilərinin növbəti konfransı keçirilmişdir. Konfransdan  əvvəl rayonun çoxsaylı təhsil işçiləri və ictimaiyyət nümayəndələri Taxtakörpü qəsəbəsində Ulu öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin  inzibati binası qarşısında ucaldılmış büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər.
      Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki Laçın Rayon Mədəniyyət Mərkəzində  keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin  səsləndirilməsi ilə öz işinə başlamışdır.
      Konfransda Rayon Təhsil şöbəsinin müdiri Nicat Həsənov “2015-2016-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə ötən tədris ilində rayonun təhsil sahəsində əldə edilmiş uğurlar, həmçinin problem  və geriliklər ətraflı təhlil edilmişdir.
Eyni zamanda bildirilmişdir ki, bu ilki qəbul imtahanlarında 2016-cı  ildə məktəbi bitirən 845 nəfər məzunun 633 nəfəri ali məktəblərə qəbul olunmaq üçün ərizə vermiş, onlardan da 325 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Qəbul imtahanlarında iştirak edən abituriyentlərin 51 %-i ali məktəblərə qəbul olunmuşdur. Bu ilki qəbul imtahanlarında rayon məzunlarının 57 nəfəri 500-dən, o cümlədən 15 nəfəri 600-dən yuxarı bal toplamışdır.
        Konfransda məruzə ətrafında rayonun qabaqcıl və təcrübəli məktəb rəhbərləri, təhsil işçiləri, eyni zamanda ali məktəbə qəbul imtahanlarında rayon üzrə ən yüksək nəticə göstərmiş bir neçə şagird çıxış etmiş, fikir və mülahizələrini bölüşmüşlər. Konfransda çıxış edən natiqlər respublikamızda təhsilə göstərdikləri yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını  bildirmişlər.
     Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  çıxış edərək ölkəmizdə prioritet məsələlərdən biri olan təhsil sahəsində görülən işlərdən, Ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışmış, ötən son 10 il ərzində də təhsilin inkişafı ilə bağlı mühüm  Sərəncamların imzalandığını qeyd edərək məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlərin görüldüyünü bildirmişdir.
    Rayon rəhbəri həmçinin bildirmişdir ki, təhsil müəssisələrinin fəaliyyəti  daim Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılmışdır. Görülmüş işlərlə yanaşı rayon rəhbəri Rayon Təhsil şöbəsinə və məktəb rəhbərlərinə qısa zamanda işlərində dönüş yaradılması, əmək intizamı, keyfiyyət göstəricilərinin yüksəldilməsi, vahid məktəbli formasına keçidin diqqətdə saxlanılması ilə bağlı  konkret tapşırıqlarını vermişdir.
Tədbirdə ali məktəblərə qəbul imtahanında rayon üzrə ən yüksək nəticə göstərmiş abituriyentlərə Rayon Təhsil Şöbəsinin Fəxri Fərmanı və pul mükafatı  təqdim olunmuşdur.
     Konfransda Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun şöbə müdiri Elxan Bəylərov  iştirak  etmişdir.
     Konfransda  Ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər