Şriftin ölçüsü :

Saytın rəngi :

BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi cənab Furio De Angelisin və BMT-nin Rezident Əlaqələndiricisi cənab Qulam İsakzainin Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü keçirilmişdir.

02 sentyabr 2016 | 16:00

2 sentyabr 2016-cı il tarixdə BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi cənab Furio De Angelisin və BMT-nin Rezident Əlaqələndiricisi cənab Qulam İsakzainin  Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü keçirilmişdir.
Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən  Rayon İcra Hakimiyyətinin inzibati binasında qəbul olunan qonaqlar binanın foyesində Laçın rayonunun işğala qədərki və işğaldan sonrakı dövrlərini özündə  əks etdirən fotostendlərlə tanış olmuşlar. Sonra rayon rəhbərliyi ilə keçirilən görüş zamanı ərazidəki müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə bağlı dövlətimiz tərəfindən həyata keçirilən işlərdən, eyni zamanda mövcud problemlərdən danışılmışdır.
Rəsmi görüşdən sonra BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi cənab Furio De Angelisin və BMT-nin Rezident Əlaqələndiricisi cənab Qulam İsakzai və rayon rəhbərliyinin Taxtakörpü ərazisindəki Mişni obasında müxtəlif obalarda müvəqqəti məskunlaşmış rayon sakinləri  ilə görüşü keçirilmişdir. Görüş zamanı rayon sakinləri Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT-nin  qəbul  etdiyi qətnamələrin icra olunmamasından narahatçılıqılarını ifaə etmişlər. Qonaqlar yerli şəraitlə tanış olmuş, sakinləri maraqlandıran sualları cavablandırmışlar.

Keçidlər