Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısının məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində keçirildi.

25 avqust 2016 | 16:00

25 avqust 2016-cı il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində  Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin  müvəqqəti məskunlaşmış Laçınlı məcburi köçkünlərlə görüşü-səyyar  qəbulu  keçirilmişdir.
Rayon  İcra Hakimiyyətinin başçısı  Aqil  Nəzərli çıxış edərək  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də məcburi köçkünlərin  məskunlaşdıqları ərazilərdə  həyata keçirilən geniş quruculuq və abadlıq işlərindən, həmçinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gələcəkdə görüləcək tədbirlərdən danışaraq, ötən illərdə olduğu  kimi, 2016-cı ilin ötən dövrünün də ölkəmizdə xeyli işlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə  çatdırmışdır. Bununla yanaşı o, ölkə başçısının  məcburi köçkünlərə olan diqqət və qayğısından, bu qayğının əsasının hələ Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdən başladığını, bu gündə İlham Əliyev  tərəfindən uğurla inkişaf etdirildiyini bildirmişdir.
         Keçirilmiş səyyar qəbulda çıxış edən məcburi köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə, Azərbaycan dövlətinə, şəxsən Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Səyyar qəbulda  57 nəfər iştirak etmiş, 6 nəfərin müraciəti dinlənilərək, həmin müraciətlərə baxılması üçün  aidiyyəti üzrə müvafiq  tapşırıqlar verilmişdir.
         Səyyar  qəbulda  Rayon  İcra Hakimiyyətinin  başçısı aparatının  məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişlər.

Keçidlər