Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısının məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Gəncə şəhərinin Kəpəz rayonu ərazisindəki məcburi köçkünlər üçün istifadəyə verilmiş yeni qəsəbədə keçirildi.

19 avqust 2016 | 16:00

19 avqust 2016-cı il tarixdə Gəncə şəhəri Kəpəz rayonunun ərazisindəki məcburi köçkünlər üçün istifadəyə verilmiş yeni qəsəbədə- Xocalı rayon Kosalar kənd mədəniyyət evində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin  müvəqqəti məskunlaşmış Laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı  Aqil  Nəzərli görüşdən əvvəl ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən geniş quruculuq və abadlıq işlərindən danışaraq, ötən illərdə olduğu  kimi, 2016-cı ilin ötən dövrünün də ölkəmizdə xeyli işlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə  çatdırmışdır. Bununla yanaşı o, ölkə başçısının  məcburi köçkünlərə olan diqqət və qayğısından bu qayğının əsasının hələ Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdən başladığını, bu gündə İlham Əliyev  tərəfindən uğurla inkişaf etdirildiyini bildirmişdir.
Keçirilmiş səyyar qəbulda çıxış edən məcburi köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə, rahat yaşayış mənzilləri ilə təmin olunduqlarına görə Azərbaycan dövlətinə, şəxsən Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Məcburi köçkünlər əminliklə ifadə etmişlər ki, hər zaman olduğu kimi, bu gün də bütün laçınlılar Prezident İlham Əliyev cənablarının milli maraqlara söykənən daxili və xarici siyasətini, Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ münaqişəsi istiqamətində apardığı uğurlu siyasəti və qətiyyətli mövqeyini  hamılıqla bəyənir və dəstəkləyirlər.  Çünki, onlar bu siyasətin ölkəmizin ərazi bütövlüyünün bərpasına gətirib çıxaracağına tam əmindirlər.
Səyyar qəbulda  70 nəfər iştirak etmiş, 10 nəfərin müraciəti dinlənilərək, həmin müraciətlərə baxılması üçün  aidiyyəti üzrə müvafiq  tapşırıqlar verilmişdir.
Səyyar  qəbulda  Rayon  İcra Hakimiyyətinin  başçısı aparatının  məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişlər.

Keçidlər