Daşkəsən rayonu ərazisində yaylaqlarda olan Laçınlı məcburi köçkünlərin şəxsi təsərrüfatında olan iri və xırdabuynuzlu heyvanlara Rayon Baytarlıq İdarəsinin həkimləri tərəfindən zoobaytar xidmət göstərilmişdir.
16-17 avqust 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin tapşırığına uyğun olaraq Laçın Rayon Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin mütəxəssisləri və Baytarlıq İdarəsinin ixtisaslı həkimlərindən ibarət səyyar həkim briqadası Daşkəsən rayonu ərazisindəki yaylaqlarda olmuşlar. Səyyar həkim briqadası tərəfindən 110 ailənin şəxsi təsərrüfatlarını saxlamaq üçün köç etdikləri Daşkəsən rayonunun ərazisində olan yaylaqlarda müvəqqəti məskunlaşmış rayon sakinləri ilə görüş keçirilmiş, mal-qara və davarlarına zoobaytar xidməti göstərilmişdir.
Səyyar həkim briqadalarının göstərdiyi zoobaytar xidmətlər rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanmış, onlara göstərilən bu diqqət və qayğıya görə Rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Belə tədbirlərin ilin isti günlərində davam etdirilməsi nəzərdə tutulmuşdur.