Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul Sabunçu rayonunda keçirilmişdir.

11 avqust 2016 | 16:00

11 avqust 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri, Sabunçu rayonu , Bilgəh qəsəbəsindəki “Qağayı” düşərgəsində  müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.   Görüş-səyyar qəbulda 65 nəfər iştirak etmişdir.
Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı  Aqil  Nəzərli çıxış edərək  respublikamızda, eləcə də məcburi köçkünlərin müvəqqəti  məskunlaşdıqları ərazilərdə  həyata keçirilən geniş quruculuq və abadlıq işlərindən,həmçinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gələcəkdə görüləcək tədbirlərdən danışmışdır.
Görüşdə çıxış edən Laçın rayonunun Köhnəkənd kənd sakinləri Vəliyev Çərkəz Cənnətalı oğlu,Əliyev Elşən Allahverdi oğlu  onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, şəxsən Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Səyyar qəbulda Laçın rayonunun Qışlaq kənd sakini Süleymanov Bəhlul Alı oğlu düşərgə ərazisindəki mərasim evinə yeni invertar və avadanlıqların alınmasına, Əyrək kənd sakini Musayev Kamil Əli oğlu, Köhnəkənd kənd sakini İsmayılov Mirzə İdris oğlu  içməli su təchizatının yaxşılaşdırılmasına köməklik göstərilməsini xahiş etmiş, həmin məsələlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Səyyar  qəbulda  Rayon  İcra Hakimiyyətinin  başçısı aparatının  məsul işçiləri, rayonun idarə, müəssisə, təşkilat  rəhbərləri, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər.

Keçidlər