Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul Bakı şəhərinin Yasamal rayonunda keçirilmişdir.

21 iyul 2016 | 16:00

21 İyul 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin  başçısı  Aqil Nəzərlinin Yasamal rayonu ,”Yeni Yasmal “ yaşayış  massivindəki mərasim evində  Yasamal rayonu ərazisində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmiş, görüş-səyyar qəbulda 115  nəfər iştirak etmişdir.
           Laçın Rayon İcra Hakimiyyətinin başçısı  Aqil Nəzərli  ölkəmizin ayrı-ayrı rayonlarında,  eləcədə Yasamal rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması sahəsində görülən işlər  və  qarşıda duran vəzifələr barədə görüş iştirakçılarına  ətraflı məlumat vermişdir.
           Görüş-səyyar qəbulda iştirak  edən Laçın rayonunun Minkənd kənd sakinləri Məmməd Savalanov, Abdulla Aabdullayev, İlqar Şahverdiyev, Laçın şəhər sakinləri Eldar Allahverdiyev,   Zahid Mərdanov , Sənan Əmirov, Qovuşuq kənd sakini Şakir Rzayev öz çıxışlarında məcburi köçkünlərə göstərilən qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirmişlər.
Laçınlı məcburi köçkünlər mütəmadi olaraq  onlara göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərliyə minnətdar olduqlarını ifadə edərək belə görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsinə və operativ şəkildə həllinə imkan verdiyini  vurğulamışlar.
           Səyyar qəbulda  8 nəfər  sakinin müraciəti ətraflı dinlənilmiş, qaldırılan müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş,  icrası nəzarətə götürülmüşdür.
        Keçirilmiş görüş-səyyar qəbul laçınlı məcburi köçkünlər tərəfindən razılıq hissi ilə qarşılanmışdır.

Keçidlər