“Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilmişdir.
12 iyul 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin və inzibati idarə-müəssisələrinin müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində - Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının inzibati binasında “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edildiyini, bununla əlaqədar respublikamızım hər yerində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, müxtəlif millətlərin, etnik qrupların və dinlərin mövcud olduğu Azərbaycanda dilindən, dinindən, əqidəsindən asılı olmayaraq, hamı vahid bir ailənin üzvü kimi yaşayır. Bu baxımdan xalqımızın tolerantlığı bütün dünya ölkələrinə nümunə ola bilər. Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti ölkəmizin inkişafında, vətəndaş həmrəyliyinin daha möhkəm olmasında mühüm rol oynayır.
Sonra Cabir Əvəzzadə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında çıxış edənlər bildirmişlər ki, multikulturalizm müasir dünyanın həyatını tənzimləyən çox vacib, nəzəri, eyni zamanda, siyasi, millətlərarası bir problem kimi mövcuddur. Azərbaycanın multikulturalizm sahəsindəki təcrübəsinin həm öyrənilməsi, həm də təbliğ edilməsi bütövlükdə dünyada bu problemlə əlaqədar baxışların aydınlaşmasına kömək göstərə bilər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov və şöbənin əməkdaşı Cavid Məlikzadə də iştirak etmişdir.