Laçın Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu Sumqayıt şəhərində keçirildi.
9 iyul 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Sumqayıt şəhəri, Nəriman Nərimanov adına mədəniyyət evində Sumqayıt şəhəri ərazisində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirildi.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkəmizin rayonlarında eləcə də Sumqayıt şəhərində müvəqqəti məskunlaşan məcburi köçkünlərin sosıal iqtisadi vəziyyətlərinin yaxşlaşdırılması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə görüş iştirakçılarına məlumat verdi.
Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin Sumqayıt şəhəri üzrə ictimai əsaslarla səlahiyyətli nümayəndəsi Telman Əşrəfov çıxış edərək Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə əlaqədar aparılan işlərdən danışdı.
Güləbird kənd sakinləri Azad Məmmədov, Məmmədqulu Bərxudarov, Qarabağ müharibəsi veteranı Murad Eyvazov, Əhmədli kənd sakini Namiq Ağayev, Laçın şəhər sakini Qəzənfər Hüseynov öz çıxışlarında məcburi köçkünlərə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Görüş-səyyar qəbulda Milli Məclisin üzvü Mahir Abbaszadə iştirak etdi.
Məcburi köçkünlər görüş-səyyar qəbuldan yüksək təəssüratla ayrıldılar.