Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısının səyyar qəbulları davam edir.

08 iyul 2016 | 16:00

8 iyul 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin  başçısı  Aqil Nəzərlinin Abşeron rayon Xırdalan şəhər mədəniyyət evində Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirildi.
             Laçın Rayon İcra Hakimiyyətinin başçısı  Aqil Nəzərli  Respublikamızda, eləcə də Abşeron rayonunda məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə aparılan  quruculuq işləri və qarşıda duran vəzifələr barədə görüş iştirakçılarına məlumat verdi, işğal olunmuş torpaqlarımızın  azad edilməsi sahəsində Ali Baş Komandan cənab İlham Əliyevin apardığı məqsədyonlü siyasət nəticəsində bu cür görüşlərin işğaldan azad ediləcək Laçın rayonunda keçirilməsi arzusunu ifadə etdi .
     Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin Abşeron rayonu üzrə ictimai əsaslarla səlahiyyətli nümayəndəsi Varaşil Məmmədov çıxış edərək Abşeron rayonunda müvəqqəti  məskunlaşmış Laçınlı məcburi köçkünlərlə aparılan işlər barədə məlumat verdi .
    Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Abşeron rayon sektorunun müdiri Vidadi İsayev çıxış edərək rayon ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərdən danışdı.
     Piçənis kənd sakini Əmirxan Zeynalov , şəhid anası Raya Alışanova,Güləbird kənd sakini  Cəbrayıl  Qəhramanov öz çıxışlarında məcburi köçkünlərə göstərilən qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
    Görüşdə iştirak edən Çıraqlı kənd sakinləri Mərkəz Süleymanov, Saday İlyasov   Abşeron rayonunun Masazır qəsəbəsində  məskunlaşan məcburi köşkünlər üçün mərasim evinin tikilməsinə və yaxud xeyir-şər mağarının verilməsinə köməklik olunmasını xahiş etdilər.      
Laçın Rayon İcra Hakimiyyətinin  başçısı  Aqil Nəzərli edilmiş həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verdi.
            Görüş-səyyar qəbulda  Milli Məclisin üzvü Mahir Abbaszadə  iştirak etdi.
Məcburi köçkünlər görüş-səyyar qəbuldan yüksək təəssüratla ayrıldılar.

Keçidlər