Şriftin ölçüsü :

Saytın rəngi :

Sosialist Əməyi Qəhrəmanı, Prezident Təqaüdçüsü Şərqiyyə Vəliyevanın 80 illik yubileyi keçirildi.

01 iyul 2016 | 16:00

30 iyun 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə şəhərindəki Sultan sarayda rayon sakini, Sosialist Əməyi Qəhrəmanı, Prezident Təqaüdçüsü Şərqiyyə Vəliyevanın 80 illik yubileyi keçirildi.
Tədbiri giriş sözü ilə açan Laçın Rayon icra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sosialist Əməyi Qəhrəmanı, Prezident Təqaüdçüsü Şərqiyyə Vəliyevanın keçdiyi həyat yolundan, əmək fəaliyyətindən danışaraq, onu təbrik etmiş, əməyinin dövlət tərəfindən ən ali səviyyədə qiymətləndirildiyini - ona Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdünün təyin olunmasını, dövlətimiz tərəfindən bütün laçınlılara olan diqqətin təzahürü kimi qiymətləndirmişdir. 
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Abbaszadə də yubilyarı təbrik etmiş, işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin tezliklə nəticə verəcəyini, bütün məcburi köçkünlər kimi, laçınlıların da öz doğma yurd yuvalarına qayıdacaqlarına əminliyini bildirmişdir.
Tədbirdə digər iştirak edənlər də yubilyarı təbrik edərək, onun bütün bu uğurlarının təməlində əməyə, zəhmətə bağlılığın dayandığını xüsusilə qeyd edərək, Şərqiyyə Vəliyevanın keçdiyi həyat yolunun gənc nəsil üçün bir örnək olduğunu bildirmişlər.
Çıxışların sonunda Şərqiyyə Vəliyevaya Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbirin sonunda yubilyar Şərqiyyə Vəliyeva ona göstərilən diqqət və qayğıya görə Dövlət başçısı İlham Əliyevə minnətdar olduğunu bildirərək, hər zaman dövlət qayğısı ilə əhatə olunduğundan məmnunluğunu bildirmişdir.
Tədbir başa çatdıqdan sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və  Milli Məclisin deputatı Mahir Abbaszadə Bərdə rayonunda müvəqqəti məskunlaşmış laçın rayonundan olan sakinləri qəbul etmişlər.
Səyyar qəbulda  200 nəfər iştirak etmiş, 12 nəfərin müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün  aidiyyəti üzrə müvafiq  tapşırıqlar verilmişdir.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişlər.

Keçidlər