Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi açıldı

26 iyun 2016 | 16:00

26. iyun 2016-cı il tarixində Bakı şəhəri Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən laçınlıların mərasim evində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi açılmışdır.
Laçınlı dindarların, şəhid ailələrinin, ziyalıların, Qarabağ müharibəsi veteranlarının iştrak etdiyi iftar süfrəsində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin ruhuna dualar oxunmuş, tutulan orucların, edilən duaların qəbul olunması arzulanmışdır.
İftar süfrəsində iştrak edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bildirmişdir ki, Ulu öndərimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövlətində aborogen müsəlmanlarla yanaşı, burada yaşayan digər dinlərə mənsub vətəndaşların da azad şəkildə öz dini ayinlərini icra etmələri və yaşatmaları üçün lazım olan şərait yaradılmışdır. Məhz Heydər Əliyevin qayğısı sayəsində ölkəmizdə olan bir sıra məscidlər, o cümlədən də yəhudi sinaqoqu və xristian kilsəsi yenidən bərpa olunaraq dindarların istifadəsinə verilmiş, orada dini ayinləri icra etmək üçün normal şərait yaradılmışdır.Sevindirici haldır ki, dinlərə olan bu qayğı bu gün də Prezident İlham Əliyev tərəfindən göstərilir və beynəlxalq miqyasda öz yüksək qiymətini alır.
Mərasim iştrakşıları iftar süfrəsinin təşkilinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmiş və növbəti Orucluq bayramını bu gün işğal altında olan torpaqlarımızda keçirməyin bizlərə nəsib olmasını Allahdan arzulamışlar. 
İftar süfrəsində rayon ziyalıları ilə yanaşı  Laçın rayonundan Milli Məclisə depuata seçilmiş Mahir Abbaszadə də iştrak etmişdir.

Keçidlər