Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitab Bayramı – 2012”adlı tədbir keçirdi

26 may 2012 | 15:00

25 may 2012-ci il tarixdə Ağcabədi rayonu Taxta körpü qəsəbəsində Laçın rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Kitab bayramı” adlı tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin məhsul işçisi Məhəmməd Şahbazov və digər nümayəndələri o cümlədən rayon təhsil, səhiyyə şöbələrinin kollektivləri, mədəniyyət işçiləri, ziyalılar, şair və yazarlar, məktəblilər, rayonun fəal oxucuları iştirak etmişdilər.
Tədbiri Laçın rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlqar İlyasov açaraq “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında iştirakçılara geniş məlumat vermiş, şöbə müdiri Azərbaycan mədəniyyətinə xüsusən kitabxana-informasiya sahəsinə göstərilən dövlət qayğısından danışaraq Mədəniyyət və Turizm Nazirliyinin və rayon İcra Hakimiyyətinin yaxından köməkliyi ilə ilboyu keçirilmiş tədbirlərdən ətraflı məlumat vermişdir. Tədbirdə çıxış edən MKS-nin direktoru Ofelya Şükürova bildirmişdir ki, hazırda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondunda 249432 nüsxə kitab var. Bunlardan 223568 nüsxə latın qrafikalı, 25864 nüsxəsi kiril əlifbası ilə nəşr olunmuş kitablardır. O, həmçinin tədbirlər planının icrasından söz açaraq MKS və onun kənd filialları tərəfindən kitab sərgiləri təşkil olunduğunu, oxucu konfransları, kitab müzakirələri, müxtəlif görüşlər, tematik gecələr, ziyalılar və müharibə veteranları ilə görüşlər keçirildiyi barədə də ətraflı məlumat vermiş, bunlardan yazıcı Vidadi Babanlının 85 illiyi, Fərman Kərimzadənin 75, şair Məmməd Rahimin 105 illik yubileyləri, Hüseyn Arifin şeirlərindən ibarət “Poeziya gecəsi”, Milli qəhrəmanlar: Qorxmaz Eyvazov və Alı Mustafayevin anım günlərinin keçirilməsini xüsusi ilə qeyd etmişdir. Bundan əlavə MKS-i xətti ilə xalq qəhrəmanı Sultan Bəyin 140 illik yubileyi, Şuşa və Laçının işğalının 20 illliyi, həmçinin faşizm üzərində qələbə və ümumilli lider Heydər Əliyevin anadan olmasının 89 illiyi münasibəti ilə təntənəli tədbirlər keçirildiyi bildirilmişdir.
Kitab bayramında çıxış edən digər kitab sevərlər müasir texnologiyaların və informasiyanın geniş yayılmasına baxmayaraq rayon sakinləri arasında bədii ədəbiyyata olan böyük maraqlarını qeyd olunmuş, belə tədbirlərin keçirilməsinin gənc nəslin kitaba marağının yönəldiyi bildirilmişdir. Rayon İcra Hakimiyyətinin məhsul işçisi M.Şahbazov çıxış edərək rayonda kitab bayramı keçirilməsini artıq ənənə halını almasını yüksək qiymətləndirmiş, kitab sevərlərə öz tövsiyələrini vermişdir.
“Kitab bayramı”nda bir qrup laçınlı şair və yazıçıların kitablarının təqdimatı keçirilmişdir. Rayonun yazarlardan şair İsa Əhmədov, aşıq Umbay Axundov və gənc şairə Raziyə Həşimova çıxış edərək son dövrlər nəşr etdikləri kitablarını oxuculara təqdim etmişlər.
Sonda rayonda kitabxana işinin səmərəli təşkilində nümunəvi xidmət göstərmiş bir qurup kitabxana işçilərinə rayon Mədəniyyət və Turizm Şöbəsinin Fəxri Fərmanı, kitabxananın fəal oxucularına isə yeni nəşrlərdən nüsxələr hədiyyə olunmuşdur.
 

Keçidlər