Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsi şəhidi Şükür Hacıyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.

06 noyabr 2025 | 17:44

Laçın Rayonu İcra Hakimiyyəti başçısının 2025-ci il 20 oktyabr tarixli 5-64/3-3-158/2025  nömrəli sərəncamı ilə təsdiq edilmiş “2025-ci il 8 noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd edilməsi ilə bağlı Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının tədbirlər planı”nın 5-ci bəndinin icrası ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər davam etdirilməkdədir.

Belə ki, 2025-ci il 06 noyabr tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri, Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvü Cabir Əvəzzadə Vətən müharibəsi şəhidi Hacıyev Şükür Aslan oğlunun anım günü ilə bağlı Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının əməkdaşı Kənan Quliyev, Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşı, Laçın Rayonu İcra Hakimiyyəti başçısının Hacıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhid ailə üzvləri, müharibə veteranları, Laçın və Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə onun ailəsini və məzarını ziyarət etmişlər.  

Şəhid Şükür Hacıyevin məzarını ziyarət edən çoxsaylı tədbir iştirakçıları onun əziz xatirəsini böyük ehtiramla yad etmiş, ona və bütün şəhidlərimizə Allahdan rəhmət diləmişlər.

Tədbirdə çıxış edənlər Vətən müharibəsi şəhidi Şükür Hacıyevin qəhrəmanlığından söhbət açmış, onunla bağlı xatirələrdən danışmışlar.

Şəhid Şükür Hacıyevin ailə üzvləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya tükənməz minnətdarlıqlarını bildirmişlər.

Laçın rayonunun Budaqdərə kənd sakini şəhid Hacıyev Şükür Aslan  oğlu 8 mart 2000-ci ildə Yevlax rayon Varvara  kəndində anadan olmuşdur. 2006-cı ildə Yevlax rayonu Varvara kənd ərazisində faliyyət göstərən köçkün məktəbinin 1-ci sinifinə daxil olmuş, 2013-ci ildən təhsilini Yevlax şəhər 10 saylı tam orta məktəbində davam etdirmiş, 2017 ci ildə həmin məktəbin  11-ci sinifini bitirmişdir. Hacıyev Şükür Aslan  oğlu 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşmüş, 2020-ci ilin iyun ayında hərbi xidmətdən ehtiyata buraxılmışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusu əks hücum əməliyyatlarına başlayan zaman Hacıyev Şükür Aslan oğlu könüllü olaraq torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 05 noyabr 2020-ci il tarixdə Şuşa-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 06 noyabr 2020-ci il tarixdə Ağdam rayonu Şəhidlər xiyabanında dəfn edilmişdir.
 Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, “Qubadlının azad olunmasına görə"  medalı,  “Laçının azad olunmasına görə”  medalı, “Şuşanın azad olunmasına görə” medalı və 3-cü dərəcəli "Vədənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Keçidlər