44 günlük Vətən müharibəsi şəhidi Şahgündüz Cabbarovun anım günü ilə bağlı tədbir keçirilmişdir.
Laçın Rayonu İcra Hakimiyyəti başçısının 2025-ci il 20 oktyabr tarixli 5-64/3-3-158/2025 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2025-ci il 8 noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd edilməsi ilə bağlı Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının tədbirlər planı”nın 5-ci bəndinin icrası ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər davam etdirilir.
Belə ki, 2025-ci il 26 oktyabr tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova Vətən müharibəsi şəhidi Cabbarov Şahgündüz Habil oğlunun anım günü ilə bağlı Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov, Laçın Rayonu İcra Hakimiyyəti başçısının Oğuldərə, Qorçu, Cağazur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları, şəhid ailə üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri ilə birlikdə onun ailəsini və məzarını ziyarət etmişlər.
Şəhid Şahgündüz Cabbarovun məzarını ziyarət edən tədbir iştirakçıları onun əziz xatirəsini böyük ehtiramla yad etmişlər.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova və digər çıxış edənlər şəhid Şahgündüz Cabbarovun keçdiyi çətin və şərəfli döyüş yolundan söhbət açmış, ona və bütün şəhidlərimizə Allahdan rəhmət diləmişlər.
Şəhid Şahgündüz Cabbarovun ailə üzvləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya tükənməz minnətdarlıqlarını bildirmişlər.






