Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsi şəhidi İlkin Xosrovzadənin anım günü ilə bağlı tədbir keçirilmişdir.

25 oktyabr 2025 | 17:00

Laçın Rayonu İcra Hakimiyyəti başçısının 2025-ci il 20 oktyabr tarixli 5-64/3-3-158/2025  nömrəli sərəncamı ilə təsdiq edilmiş “2025-ci il 8 noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd edilməsi ilə bağlı Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının tədbirlər planı”nın 5-ci bəndinin icrası olaraq 2025-ci il 25 oktyabr tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova Vətən müharibəsi şəhidi Xosrovzadə İlkin Azay oğlunun anım günü ilə bağlı Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov, Laçın Rayonu İcra Hakimiyyəti başçısının Qoşasu, Ağcakənd, Minkənd, Piçənis, Cağazur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları, şəhid ailə üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri ilə birlikdə onun ailəsini və məzarını ziyarət etmişlər.

Şəhid İlkin Xosrovzadənin məzarını ziyarət edən tədbir iştirakçıları onun əziz xatirəsini böyük ehtiramla yad edərək, onun yaxınlarına Allahdan səbr diləmişlər.

Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova öz çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyindən və qüdrətli Azərbaycan Ordusunun tarixi qələbəsində şəhidlərimizin əvəzsiz rolundan danışmışdır.

Tədbirdə digər çıxış edənlər şəhid İlkin Xosrovzadənin keçdiyi çətin və şərəfli döyüş yolundan söhbət açmış, ona və bütün şəhidlərimizə Allahdan rəhmət diləmişlər.

Şəhid İlkin Xosrovzadənin ailə üzvləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər