44 günlük Vətən müharibəsi şəhidi Ətraf Qənimətovun anım günü ilə bağlı tədbir keçirilmişdir.
Laçın Rayonu İcra Hakimiyyəti başçısının 2025-ci il 20 oktyabr tarixli 5-64/3-3-158/2025 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2025-ci il 8 noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd edilməsi ilə bağlı Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının tədbirlər planı”nın 5-ci bəndinin icrası ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər davam etdirilməkdədir.
Belə ki, 2025-ci il 30 oktyabr tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri, Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvü Cabir Əvəzzadə Vətən müharibəsi şəhidi Qənimətov Ətraf Oktay oğlunun anım günü ilə bağlı Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov, Yeni Azərbaycan Partiyası Şəki Rayon Təşkilatının sədri Daşqın Mikayılov, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi qazisi Cövhər Sadıqzadə, Laçın Rayonu İcra Hakimiyyəti başçısının Daşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhid ailə üzvləri, müharibə veteranları, Laçın və Şəki rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə onun ailəsini və məzarını ziyarət etmişlər.
Şəhid Ətraf Qənimətovun məzarını ziyarət edən çoxsaylı tədbir iştirakçıları onun əziz xatirəsini böyük ehtiramla yad etmiş, ona və bütün şəhidlərimizə Allahdan rəhmət diləmişlər.
Tədbirdə çıxış edənlər Vətən müharibəsi şəhidi Ətraf Qənimətovun qəhrəmanlığından söhbət açmış, onunla bağlı xatirələrdən danışmışlar.
Şəhid Ətraf Qənimətovun ailə üzvləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya tükənməz minnətdarlıqlarını bildirmişlər.






