Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir.

23 iyun 2016 | 16:00

23 iyun 2016-cı il tarixdə Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Laçın Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Laçınlı dövlət qulluqçuları ilk öncə Laçın Rayon İcra Hakimiyyətinin qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, büstün önünə gül dəstələri qoyaraq Ulu öndərə tükənməz sevgi və ehtiramlarını bildirmişlər. Sonra tədbir Rayon İcra Hakimiyyətinin  inzibati binasında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli rayonda dövlət qulluğu sahəsində işləyən bütün dövlət qulluqçularını Peşə bayramı günü münasibətilə təbrik etmiş, onlara məsuliyyətli və şərəfli işlərində uğurlar arzulamışdır. Rayon rəhbəri çıxışında ölkəmizdə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmış, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə müasir dövlətçiliyimizin əsaslarının yaradıldığını bildirmişdir. Eyni zamanda Azərbaycanda dövlət quruculuğu və idarəçiliyi istiqamətində həyata keçirilən islahatlardan ətraflı məlumat verən Rayon İcra Hakimiyyətinin başçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə əldə edilən nailiyyətlərdən danışmış, respublikamızda çevik dövlət idarəetmə sisteminin formalaşdığını qeyd etmişdir. Çıxışda həmçinin Ölkə başçısının dövlət qulluqçularına olan hərtərəfli diqqət və qayğısının nəticəsi olaraq 2006-cı ildən ölkəmizdə “23 iyun - Dövlət Qulluqçularının Peşə bayramı Günü” kimi təntənəli surətdə qeyd edildiyi və bu günün hər bir dövlət qulluqçusunun həyatına ən əlamətdar hadisə kimi daxil olduğu vurğulanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı xüsusilə vurğulamışdır ki, mütəmadi olaraq Ölkə Prezidentinin Sərəncamları ilə dövlət qulluqçularının əməyi qiymətləndirilir, onlar müxtəlif orden, medal və fəxri adlarla təltif edilirlər. Qeyd olunmuşdur ki,  Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 2016-ci il 22 iyun tarixli müvafiq Sərəncamı ilə  Laçın Rayon İcra Hakimiyyəti başçısının Laçın şəhərinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmmədov Oktay Umud oğlu da uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda  fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Sonda xatirə şəkli çəkdirilmişdir.

Keçidlər