Növbəti görüş-səyyar qəbul keçirildi.
16 İyun 2016-cı il tarixdə günün birinci yarısında Laçın rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərlinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirildi.
Laçın rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli yığıncağı açaraq Respublikamızda eləcə də məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və qarşıda duran vəzifələr barədə görüş iştirakçılarına məlumat verdi.
Görüşdə Qorçu kənd sakini Kərimov Azay Rəhim oğlu, Laçın rayon 46 nömrəli tam orta məktəbinin direktoru Mürsəlov Həşim Albəndə oğlu məcburi köçkünlərə göstərilən qayğıya və diqqətə görə Azərbaycan dövlətinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Görüşdə Qorçu kənd sakini Kərimov Azay Rəhim oğlu, Oğuldərə kənd sakinləri Cabbarova Ziba Bəhmən qızı, Ağakişiyev Ağakişi İbrahim oğlu məcburi köçkünlərin yaşadıqları əraziyə gələn avtomobil yolunun əsaslı təmir edilməsinə, Oğuldərə kənd sakini Məmmədov Cənnət İbrahim oğlu əraziyə su xəttinin çəkilməsinə, Oğuldərə kənd sakini Məcnunov Barat Muğan oğlu qəsəbədə uşaq bağçası və körpələr evinin açılmasına, Oğuldərə kənd klubunun fəaliyyətinin bərpa olunmasına köməklik olunmasını xahiş etdilər. Laçın rayon 46 nömrəli tam orta məktəbinin direktoru Həşim Mürsəlov məktəbin fəaliyyəti və məktəbdə aparılan təmir-tikinti işləri barədə məlumat verdi.
Görüşdə iştirak edən Milli Məclisin üzvü Mahir Abbaszadə çıxış edərək məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verdi, qaldırılan məsələlərin həlli istiqamətində lazımi tədbirlər görüləcəyini bildirdi.
Görüşdə Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri iştirak etdilər.