Şriftin ölçüsü :

Saytın rəngi :

“Fitnə” sənədli filmi nümayiş olundu.

10 iyun 2016 | 16:00

10 iyun 2016-cı il tarixdə Laçın Rayon Təhsil Şöbəsinin akt zalında  rayon ictimaiyyəti nümayəndələrinin və təhsil işçilərinin iştirakı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş dini radikalizmlə mübarizə çərçivəsində Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olmuş birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti, həmçinin dini radikalizmin qurbanı olmuş və cinayət məsuliyyətinə cəlb edilmiş insanların timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğunu əks etdirən “Fitnə” filmi nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi  müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı  Cabir Əvəzzadə  “Fitnə” filmi haqqında məlumat verərək bildirib ki, bütün dünyanı narahat edən ən ciddi problemlərdən biri dini radikalizmdir. Natiq çıxışı zamanı qeyd edib ki, dövlət tərəfindən dini radikalizmə qarşı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” filmi böyük əhəmiyyətə malikdir. Filmdə radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri öz əksini tapıb.
Sonra “Fitnə” sənədli filmi nümayiş etdirildi. Filmin nümayişindən sonra Rayon Təhsil Şöbəsinin müdür əvəzi Adil Alıyev və digər  iştirakçılar ekran əsərinin əhəmiyyətini yüksək qiymətləndirərək, filmdə toxunulan məsələlərin yuxarı sinif şagirdləri arasında geniş təbliğ olunmasını və gənc nəslə dini radikalizmin mənfi tərəflərinin çatdırılmasını vacib hesab edərək onun hazırlanmasında əməyi olanlara təşəkkürlərini bildirmişlər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov da  iştirak etmişdir.

Keçidlər