Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirildi.

09 iyun 2016 | 16:00

09 iyun 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərlinin əvvəlcə İmişli şəhərində, daha sonra isə Taxtakörpü ərazisindəki Malıbəy obasında  müvəqqəti məskunlaşmış Laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
Rayon rəhbəri  Aqil Nəzərli laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində və digər yaşayış məntəqələrində həyata keçirilmiş abadlıq-quruculuq işlərindən danışmış, ötən illərdə olduğu kimi, 2016-cı ilin dövlət büdcəsinin də sosial yönümlü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Səyyar qəbulda çıxış edən məcburi köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Səyyar qəbulda Rayon Prokuroru, Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişlər.

Keçidlər