Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların növbəti qəbulu keçirildi.
08 iyun 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli tərəfindən vətəndaşların qəbulu keçirilmişdir. Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında təşkil olunmuş qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.
Qəbul zamanı Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli qəbula gəlmiş 40 nəfər məcburi köçkünün müraciətini ətraflı dinləmişdir. Qəbulda müraciət etmiş vətəndaşların müraciətlərinə baxılması üçün aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.
Qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.