Laçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirildi.
03 iyun 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərlinin Bakı şəhəri Qaradağ rayonu “Qurd qapısı”adlanan yaşayş massivində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
Görüşdə Laçın Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli çıxış edərək Respublikamızda, eləcədə məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və qarşıda duran vəzifələr barədə görüş iştirakçılarına məlumat verdi.
Görüşdə Şəlvə kənd sakini Məmmədov İbrahim Əli oğlu, İmanlar kənd sakini Məmmədli Arif Kamran oğlu məcburi köçkünlərə göstərilən qayğıya və diqqətə görə Azərbaycan dövlətinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Görüşdə İmanlar kənd sakini İsmayılov Saday Əli oğlu yaşayış massivində tibb məntəqəsinin açılmasına, Hacıxanlı kənd sakini Nəsibov Elbrus Şəmil oğlu ərazidə fəaliyyət göstərən İmanlar kənd ümumi orta məktəbinin tipinin dəyişdirilərək tam orta məktəbə çevrilməsinə, İmanlar kənd sakini İsmayılov İmamverdi Əli oğlu ərazidə sosial təyinatlı obyektlərin tikilməsi üçün torpaq sahələrinin ayrılmasına köməklik olunmasını xahiş etdilər. Həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmiş, verilimiş tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Görüş-səyyar qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat təhbərləri, aidiyyəti kənd inzibati ərazi dairələri üzrə nmümayəndələr iştirak etmişlər.