Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgərin layiq görüldüyü medal anasına təqdim olunub

16 may 2016 | 16:00

Milli Ordunun əsgəri Məmmədov Ülvin Camaləddin oğlunun ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailə üzvlərinə təqdim olunub.
Bu münasibətlə Ağcabədi rayonunun Taxtakörpü obasındakı Qarakeçdi obasında keçirilən mərasimdə rayon icra hakimiyyətinin, “N” saylı hərbi hissənin, idarə, müəssisə, təşkilatların rəhbərləri, ağsaqqallar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər son illər ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən danışıblar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qayğı və diqqəti nəticəsində Milli Ordumuzun Cənubi Qafqaz regionunda ən güclü orduya çevrildiyini vurğulayan natiq cəbhə bölgəsində düşmənin təxribat əməllərinin qarşısının layiqincə alındığını diqqətə çatdırıb.
Daha sonra şəhid Ülvin Məmmədovun  layiq görüldüyü medal anasına təqdim olunub. Şəhid əsgərin anası  oğlunun xatirəsinin əziz tutulduğuna, ailəsinə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Mərasimdə Milli Məclisin deputatı Mahir Abbaszadə, Laçın Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli iştirak edib.

Keçidlər