Laçınlılar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümündə geniş iməciliklə ağacəkmə tədbiri keçirmişlər.
10 may 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Taxtakörpü qəsəbəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilmişdir.
Əvvəl çoxsaylı rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Taxtakörpü qəsəbəsində Ulu öndər Heydər Əliyevin büstü ziyarət olunaraq önünə əklil və gül dəstələri qoyulmuşlar.
Sonra Taxtakörpü qəsəbəsi ərazisində geniş iməcilik təşkil olunaraq ağacəkmə kompaniyası keçirilmişdir. Qəsəbə ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün parklarda, idarə, müəssisə və təşkilatların həyətlərində, 552 ailəlik qəsəbədə keçirilmiş ağacəkmə kompaniyasında əmək kolllektivləri, həmçinin rayonun sakinləri yaxından iştirak etmiş, 1000 ədəd ağac əkilmişdir. Ağacların suvarılması üçün xüsusi su maşınları cəlb olunmuş, sakinlərin xüsusi səliqə ilə əkdiyi ağaclar suvarılmışdır.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü günündə ərazidə keçirilən ağacəkmə kompaniyası bütün qəsəbə sakinləri tərəfindən razılıq hissi ilə qarşılanmışdır.