Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi

07 may 2016 | 16:00

1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümünə dair  Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Tədbirlər Planına uyğun olaraq rayon üzrə  ölkəmizin ayrı-ayrı bölgələrində müvəqqəti məskunlaşmış Böyük Vətən Müharibəsi iştirakçılarının siyahısı bir daha dəqiqləşdirilmiş, 13 nəfər Böyük Vətən Müharibəsi iştirakçısının yeni siyahısı tərtib edilmişdir.
Tədbirlər Planına uyğun olaraq, rayonun ümumtəhsil məktəblərində  Böyük Vətən Müharibəsi veteranlarının iştirakı ilə şagirdlərlə görüşlər keçirilmiş, “Hədəf Bakıdır” filmini nümayişi etdirilmişdir.
07 may 2016-cı il tarixdə  1941-1945-ci illər müharibəsi iştirakçısı 92 yaşına çatmış müharibə veteranı İbiş Abbasov ilə görüş keçirilmişdir. Rayonun Mişni kənd sakini, hal-hazırda Taxtakörpü ərazisindəki Mişni obasında müvəqqəti məskunlaşmış İbiş Abbasov  həyətində hazırlanmış görüşdə Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli dünya tarixinə 50 milyondan çox insan itkisi ilə düşən Böyük Vətən Müharibəsinin Azərbaycan xalqının yaddaşında da silinməz izlər buraxdığını bildirmiş, alman faşizmi üzərində qələbənin əldə olunmasında çox böyük payı olan xalqımızın 640 min nəfərdən çox oğul və qızının cəbhəyə yola salındığını qeyd etmişdir. Həmçinin bildirilmişdir ki, bunlardan da 3660 nəfəri Laçın rayonunun  sakinləridir ki, onlardan isə 2426 nəfəri müharibədə qəhrəmancasına  həlak olmuş, alman faşizmi üzərində Qələbənin əldə edilməsində 121 nəfər azərbaycanlı cəbhədə göstərdiyi xüsusi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür ki, onlardan da bir nəfəri laçınlı Əvəz Verdiyev  olmuşdur. Eyni zamanda bildirilmişdir ki, hal-hazırda rayon üzrə Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 13 nəfərdir.
İbiş Abbasov çıxış edərək, Ulu öndər Heydər Əliyev tərəfindən  Böyük Vətən Müharibəsi iştirakçılarının keçdiyi qəhrəmanlıq  yoluna  doğru və düzgün qiymət verildiyini bildirmişdir. Eyni zamanda o, alman faşizminin bəşəriyyətə   vurduğu ağır zərbələrdən danışmış, həmçinin 1988-ci ildən erməni faşizmi tərəfindən soydaşlarımızın doğma vətənində köçkün vəziyyətinə düşməsini, torpaqlarımızın 20 faizinin işğalını, 20 mindən artıq soydaşımızın isə şəhid olmasını ürək ağrısı ilə dilə gətirmişdir. Həmçinin o, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində nikbin olduğunu, tezliklə yağı düşmən tapdağı altında olan torpaqlarımızın azad ediləcəyinə qəti əminliyini bildirmişdir. Minnətdarlıq hissi ilə qeyd edilmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ənənəvi olaraq, hər il 9 may - Qələbə günü ərəfəsində onlara və vəfat etmiş cəbhə yoldaşlarının ailələrinə, eləcədə arxa cəbhədə fədakarlıq göstərmiş insanlara birdəfəlik maddi köməkliklər  olunması onlara göstərilən diqqət və qayğının növbəti təzahürüdür.

Keçidlər