Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri Xətai rayonu Zığ qəsəbəsində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş keçirilib.

14 aprel 2016 | 16:00

14 aprel 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərlinin Bakı şəhəri Xətai rayonunun Zığ qəsəbəsində  müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli ölkəmizin digər rayonları ilə yanaşı laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində və digər yaşayış məntəqələrində həyata keçirilmiş abadlıq-quruculuq işlərindən danışmış, ötən illərdə olduğu kimi, 2016-cı ilin dövlət büdcəsinin də sosial yönümlü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Vurğulanmışdır ki, məcburi köçkünlərə olan bu qayğının əsası hələ Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdən başlamış, İlham Əliyev cənablarının ölkəyə rəhbərlik etdiyi illər ərzində daha da geniş vüsət almışdır.
140 nəfər rayon sakininin iştirak etdiyi səyyar qəbulda çıxış edən məcburi köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan dövlətinə, şəxsən Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Məcburi köçkünlər əminliklə ifadə etmişlər ki, hər zaman olduğu kimi, bu gün də bütün laçınlılar Prezident İlham Əliyev cənablarının milli maraqlara söykənən daxili və xarici siyasətini bəyənir və onu elliklə müdafiə edirlər. Çünki, onlar bu siyasətin ölkəmizin ərazi bütövlüyünün bərpasına gətirib çıxaracağına əmindirlər.
Səyyar qəbulda  5 nəfərin müraciəti  dinlənilmiş, həmin müraciətlərə baxılması üçün  aidiyyəti üzrə müvafiq  tapşırıqlar verilmişdir.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişlər.

Keçidlər