Beyləqan rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.
29 mart 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərin müvəqqəti icra edən Aqil Nəzərlinin Beyləqan rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə Beyləqan şəhərində görüşü-səyyar qəbulu keçirilmişdir. 110 nəfər rayon sakininin iştirak etdiyi görüş-səyyar qəbul Beyləqan şəhərində Laçın rayonunun Qarıkaha kənd tam orta məktəbinin binasında keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Səyyar qəbulda 16 nəfər məcburi köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin şöbə müdirlərinə və aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Səayyar qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərin müvəqqəti icra edən Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.