Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə Bakı şəhərində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan şəhid ailələri ilə görüş keçirilmişdir.

19 mart 2016 | 16:00

Novruz bayramı münasibətilə 19 mart 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının  Bakı şəhərindəki  qərargahında, Bakı şəhərində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan şəhid ailələri ilə görüş keçirilmişdir.      
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışmışdır.
Eyni zamanda bildirilmişdir ki, Laçın rayonunun  Ermənistan silahlı qüvvələri tərəfindən  işğalı nəticəsində  rayon  əhalisindən 267 nəfəri şəhid olmuş, 66 nəfər itkin düşmüş, 120 nəfər sağlamlığını itirərək əlilə çevrilmişdir. Rayonun 75 min sakini hazırda respublikanın 57 rayon və şəhərində müvəqqəti məskunlaşmışdır.
Çıxış edən şəhid ailələrinin nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Görüşdə şəhid ailələri üzvlərinin arzu və təklifləri dinlənilmişdir. Qaldırılmış məsələlərin həlli ilə bağlı rayonun  aidiyyəti qurumlarının  rəhbərlərinə müvafiq  tapşırıqlar verilmişdir.
Tədbirin yekununda şəhid ailələrinə bayram sovqatı təqdim olunmuşdur.

 

Keçidlər