Şriftin ölçüsü :

Saytın rəngi :

“Məktəblilərin zərərli dini təbliğatın təsirindən qorunması və onların maarifləndirilməsində müəllimlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

16 mart 2016 | 16:00

 16 mart 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Təhsil Şöbəsində “Məktəblilərin zərərli dini təbliğatın təsirindən qorunması və onların maarifləndirilməsində müəllimlərin rolu” mövzusunda maarifləndirici  tədbir keçirilib.     
    Rayonun Taxtakörpü qəsəbəsi və Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “həyat bilgisi” fənnini tədris edən müəllimlərin və həmin məktəbin direktorlarının iştirak etdiyi tədbiri giriş sözü ilə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi  müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə açaraq,  dini ekstremizm və onun doğurduğu fəsadlardan danışıb. O bildirib ki, Azərbaycan Respublikasında dövlət-din münasibətləri “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir və ümumilikdə ölkədə dini durum sabitdir. Qeyri-ənənəvi dini cərəyanların yayılmasının İslam dininə, ənənəvi dini dəyərlərə, eyni zamanda cəmiyyətimizə zərərli təsiri var. Bu cərəyanların təsiri altına daha tez gənclərin düşdüyünü qeyd edən natiq onların milli mənəvi, ənənəvi dini dəyərlərə sadiqlik ruhunda yetişməsində, dini baxışlarının düzgün formalaşmasında müəllimlərin böyük əməyi və rolu olduğunu vurğulayıb.
    Sonra Cabir Əvəzzadə “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda məruzə ilə çıxış edib.Məruzə ətrafında çıxış edənlər–məktəb direktorları, müəllimlər bildirdilər ki, yetişməkdə olan gənc nəslin təlim tərbiyəsində onların üzərinə çox mühüm vəzifələr düşür. Dini radikalizmin, dini ekstremizmin və gələcəkdə din adı altında digər zərərli təbliğatların təsirinə məruz qalmaması üçün artıq indidən məktəblilərlə məqsədyönlü işin aparılmasının vacib olduğunu qeyd etdilər.
    Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, müzakirələr aparılmışdır.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, eyni zamanda rayonun hüquq-mühafizə orqanlarının  əməkdaşları da iştirak etmişlər.

Keçidlər