Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərlinin məcburi köçkünlərlə növbəti görüşü keçirildi.

15 mart 2016 | 16:00

15 mart 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərlinin Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Ağbulaq və Hacılar obalarında müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
           Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli ölkəmizin digər rayonları ilə yanaşı laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində və digər yaşayış məntəqələrində həyata keçirilmiş abadlıq-quruculuq işlərindən danışmış, ötən illərdə olduğu kimi, 2016-cı ilin dövlət büdcəsinin də sosial yönümlü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Vurğulanmışdır ki, məcburi köçkünlərə olan bu qayğının əsası hələ Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdən başlamış, İlham Əliyev cənablarının ölkəyə rəhbərlik etdiyi illər ərzində daha da geniş vüsət almışdır.
          Səyyar qəbulda çıxış edən məcburi köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan dövlətinə, şəxsən Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Məcburi köçkünlər əminliklə ifadə etmişlər ki, hər zaman olduğu kimi, bu gün də bütün laçınlılar Prezident İlham Əliyev cənablarının milli maraqlara söykənən daxili və xarici siyasətini bəyənir və onu elliklə müdafiə edirlər. Çünki, onlar bu siyasətin ölkəmizin ərazi bütövlüyünün bərpasına gətirib çıxaracağına əmindirlər.
             Səyyar qəbulda  17 nəfərin müraciəti  dinlənilmiş, həmin müraciətlərə baxılması üçün  aidiyyəti üzrə müvafiq  tapşırıqlar verilmişdir.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişlər.

Keçidlər