Göyçayda məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş keçirilib
11 mart 2016 | 16:00
11 mart 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərin müvəqqəti icra edən Aqil Nəzərli və millət vəkili Mahir Abbaszadə Göyçayda məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş keçirib.
Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin aparıcı şəxsləri ilə yanaşı rayon və kənd sakinlər də iştirak edib.
Tədbirdə Laçınlı məcburi köçkünlərin problemləri dinlənilib, qaldırılan bəzi məsələlər yerində həll edilib, digərlərinin həlli üçün isə müvafiq tapşırıqlar verilib.