Şriftin ölçüsü :

Saytın rəngi :

8 mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirilmişdir.

07 mart 2016 | 16:00

07.03.2016-cı il tarixdə, günün ikinci yarısında Laçın Rayon Mərkəzi Xəstəxanasında 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə iştirak edən Laçın Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli Rayon Mərkəzi Xəstəxanasında işləyən bütün xanımları, eyni zamanda onların şəxsində ölkəmizin bütün xanımlarını təbrik etmiş, onlara xoşbəxtlik, ailə səadəti və işlərində uğurlar arzulamışdır. Eyni zamanda əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması istiqamətində öz tapşırıq və tövsiyyələrini vermişdir.
Tədbirdə iştirak edən xanımlar təbriklərə görə rayon rəhbərliyinə öz təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

Keçidlər