Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ağsaqqalları ilə görüş keçirilmişdir.

07 mart 2016 | 16:00

07.03.2016-cı il tarixdə, günün ikinci yarısında Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında  Laçın Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərlinin müxtəlif kəndləri əhatə edən rayon ağsaqqalları ilə görüşü keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli bildirmişdir ki, 2016-cı ilin büdcəsində qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə kifayət qədər vəsait nəzərdə tutulmuşdur. Vurğulanmışdır ki, məcburi köçkünlərə olan bu qayğının əsası hələ Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdən başlamış, İlham Əliyev cənablarının ölkəyə rəhbərlik etdiyi illər ərzində daha da geniş vüsət almışdır.
Keçirilən görüşdə rayon ağsaqqallarının fikirləri dinlənilmiş, onların məskunlaşdıqları obaların problemləri öyrənilmiş, mövcud vəziyyətdə həlli məsələsi  mümkün olan işlərin nəzarətdə saxlanacağı və qısa bir zamanda aradan qaldırılacağı bildirilmişdir.
Tədbirdə çıxış edən rayon ağsaqqalları onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan dövlətinə, şəxsən Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda bildirilmişdir ki,  hər zaman olduğu kimi, bu gün də bütün laçınlılar Prezident İlham Əliyev cənablarının milli maraqlara söykənən daxili və xarici siyasətini bəyənir və onu elliklə müdafiə edirlər. Çünki, onlar bu siyasətin ölkəmizin ərazi bütövlüyünün bərpasına gətirib çıxaracağına əmindirlər.

Keçidlər