Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Akif Səlimovun məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.

19 fevral 2016 | 16:00

19 fevral 2016-cı il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimovun Bərdə şəhəri  ərazisində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. Bərdə şəhərində fəaliyyət göstərən Laçın Peşə məktəbində keçirilən görüş-səyyar qəbulda 60 nəfər iştirak etmişdir.
Görüşdə dövlət başçısı tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan  Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, ayrı-ayrı sahələrdə əldə edilmiş uğurlardan,  məcburi  köçkünlərin  problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.
Görüşdə çıxış edən məcburi köçkünlər  onlara göstərilən diqqət və qayğıya görə, vətəndaşlarla yerlərdə mütəmadi görüşlərin keçirilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində işğal altında olan torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə və tezliklə öz doğma torpaqlarımıza qayıdacaqlarına qəti əminliklərini bildirmişlər.
Görüşdən sonra keçirilmiş səyyar qəbulda 9  nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  tərəfindən yerindəcə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, aidiyyəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr,  iştirak etmişlər.
Görüş-səyyar qəbuldan sonra Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimov ərazidə fəaliyyət göstərən Laçın rayonunun İsrafil Şahverdiyev adına Ağanus kənd tam orta məktəbinin və Laçın Peşə məktəbinin müəllim və şagird kollektivi ilə görüşmüş, tədris prosesi ilə maraqlanmış, onlara lazımi tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər