Laçınlı gənclərlə görüş keçirildi.
30.01.2016-cı il tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimovun rayon gəncləri ilə görüşü keçirilmişdir.
Tədbirdən əvvəl iştirakçılar tərəfindən Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşında Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü və Taxtakörpü qəsəbəsində olan Şəhidlərin Xatirə Kompleksi ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuşdur. Daha sonra tədbir nəzərdə tutulmuş ssenari üzrə davam etdirilmişdir.
Tədbirdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkəmizdə bütün sahələrdə görülmüş işlər barədə ətraflı məlumat vermiş, hərbi vətənpərvərlik sahəsində son illər aparılan tədbirlərdən, xüsusilə ordumuzun qüdrətlənməsindən və orduda olan bu planlı inkişafın tez bir zamanda ərazi bütövlüyümüzün təmin olunması ilə nəticələnəcəyinə qəti əminliyini bildirmişdir. Daha sonra natiq dövlət gənclər siyasətindən söz açaraq bu sahədə Ölkə başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələr ətrafında geniş və proqram xarakterli çıxış etmişdir. Rayonun rəhbəri gənclərimizə şəxsi və ictimai həyatda uğurlar arzulamış, gələcək fəaliyyətlərinin səmərəli və məhsuldar təmin olunmasına təkan verəcək lazımi tövsiyələrini onlara çatdırmışdır.