Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun məcburi köçkünlərlə görüşləri-səyyar qəbulları davam edir.

23 yanvar 2016 | 16:00

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 23 yanvar  2016-cı il tarixdə Laçın rayonundan  olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirilmişdir.
     Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri  iştirak etmişlər.
Görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkəmizdə və rayonumuzda görülən işlərdən, hərbi vətənpərvərlik sahəsində aparılan məqsədyönlü tədbirlərdən söz açaraq, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən çoxşaxəli işlər barədə  geniş məlumat vermişdir.
    Laçınlı məcburi köçkünlər mütəmadi olaraq  onlara göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimova minnətdar olduqlarını ifadə edərək belə görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsinə və operativ şəkildə həllinə imkan verdiyini  vurğulamışlar.
    Səyyar qəbulda  rayon sakinlərinin müraciətləri ətraflı dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş,  icrası nəzarətə götürülmüşdür.
Keçirilmiş görüş-səyyar qəbul laçınlı məcburi köçkünlər tərəfindən razılıq hissi ilə qarşılanmışdır.

Keçidlər